Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda hakim istefa verdi

21:11 - 10 Oktyabr 2025 tarixində dərc olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqov hakimlik fəaliyyətinə xitam verilməsi üçün istefa ərizəsi yazıb.

Ucnoqta.az xəbər verir ki, Anar Sadıqov öz ərizəsini Məhkəmə-Hüquq Şurasına təqdim edib.

Məhkəmə-Hüquq Şurası məlumatı təsdiq edib.

Şuradan verilən məlumata görə, Anar Sadıqovun istefasına səbəb onun hüquq sahəsi üzrə elmi və pedoqoji fəaliyyətlə məşğul olmaq istəyi olub: “Ona görə də hakimlik fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi barədə ərizə təqdim edib”. ///Gununsesi.info

Müəllif: Ucnoqta.az redaksiyası