Fransa prezidenti Emmanuel Makron parlamentdəki partiya liderləri ilə görüşdən sonra çox güman ki, parlamenti buraxmayacaq və yaxın saatlarda yeni baş naziri təyin etmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə Fransanın Xarici Ərazilərin Müstəqil Deputatları və Nümayəndələri (LIOT) parlament fraksiyasının rəhbəri Loran Panifu deyib.
Siyasətçi əlavə edib ki, dövlət başçısı baş nazirlik funksiyalarını öz üzərinə götürmək istəməyib.
O, həmçinin bildirib ki, bu görüşdə prezident bütün iştirakçıları diqqətlə dinləyib və söz verib ki, gələcək baş nazir müxtəlif siyasi qrupların maraqlarının tarazlığını nəzərə almalı olacaq.