Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda 60 yaşlı kişi öldürüldü

16:36 - 10 Oktyabr 2025 tarixində dərc olunub.

Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Rayon prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə məlumat daxil olub. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Müəllif: Ucnoqta.az redaksiyası