İsrailin təhlükəsizliyi onun müharibə məqsədlərinə çatmasını, o cümlədən radikal Fələstinin HƏMAS hərəkatına əsaslanan İran oxunu aradan qaldırmağı tələb edir.
Ucnoqta.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu əsas yerli televiziya kanallarında yayımlanan xalqa müraciəti zamanı deyib.
"İsrailin təhlükəsizliyi üçün girovların azad edilməsi, İrandan bizim varlığımız üçün nüvə və ballistik raket təhlükəsinin aradan qaldırılması və HƏMAS üzərində mərkəzləşmiş İran oxunun aradan qaldırılması daxil olmaqla, müharibə məqsədlərinə nail olmaq lazımdır", - baş nazir bildirib.