Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda həmkəndlisini bıçaqlayaraq öldürən şəxs saxlanıldı

14:47 - 10 Oktyabr 2025 tarixində dərc olunub.

Sabirabad rayonunda həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. 

Ucnoqta.az xəbər verir ki, hadisə ötən gün Sabirabad rayonu Qaragüney kəndində qeydə alınıb. Yaranan mübahisə zamanı Qaragüney kənd sakini X.Muradov həmkəndlisi T.İsrafilovu bıçaqlayıb. Xəsarət alan şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək dərhal əməliyyata götürülsə də, həkimlərin səyinə baxmayaraq ölüb.

Bıçaqlanma hadisəsini törədən X.Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası