Ucnoqta.az
www.ucnoqta.az

Tramp Yaxın Şərqə səfər tarixini açıqladı

12:50 - 10 Oktyabr 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp 13 və ya 14 oktyabrda, İsrail girovlarının Qəzza zolağından azad ediləcəyi vaxt Yaxın Şərqə səfər edəcəyinə ümid etdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o bu barədə Ağ Evdə jurnalistlərə deyib.
"Düşünürəm ki, girovlar bazar ertəsi və ya çərşənbə axşamı qaytarılacaq. Mən yəqin ki, orada olacağam. Ümid edirəm. Bazar günü getməyi planlaşdırırıq və mən bunu səbirsizliklə gözləyirəm", - Amerika lideri qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası