Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

10:42 - 10 Oktyabr 2025 tarixində dərc olunub.

Oktyabr ayının 8-də Goranboy rayon Bolsulu kəndində biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a bildirilib ki, araşdırmalarla kənd sakini, Şahin Qurbanovun 18 sot biçilmiş əkin sahəsini yandırması məlum olub.

Ş. Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Müəllif: Ucnoqta.az redaksiyası