Ucnoqta.az
www.ucnoqta.az

İsrail Qəzza zolağındakı silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib

06:19 - 9 Oktyabr 2025 tarixində dərc olunub.

Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin (IDF) qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Portalın məlumatına görə, Qəzza zolağındakı İDF bölmələri HƏMAS-ın silah ehtiyatları ilə bağlı narahatlıqlara görə” yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. “ABŞ prezidenti Donald Trampın atəşkəs elanından və Qəzzada girovların azad edilməsinə dair razılaşmadan sonra HƏMAS qalan silahlarını raket və minaatanlardan atəşə tutmaq, həmçinin İDF əsgərlərinə hücum etmək üçün istifadə edə bilər”, – Ynet İsrail Baş Qərargah rəisi Eyal Zamirdən sitat gətirir.

Müəllif: Ucnoqta.az redaksiyası