Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan millisi Fransaya darmadağınla məğlub oldu

22:16 - 8 Oktyabr 2025 tarixində dərc olunub.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk matçını keçirib.

Ucnoqta.az xəbər verir ki, millimiz səfərdə Fransanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gəlib.

Kapbreton şəhərindəki "Bourret" stadionunda keçirilən görüş rəqibin 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Müəllif: Ucnoqta.az redaksiyası