Ucnoqta.az
www.ucnoqta.az

Putin Tacikistana gəldi - İlham Əliyevlə də görüşəcək

19:51 - 8 Oktyabr 2025 tarixində dərc olunub.

Rusiya prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbəyə gəlib.

Ucnoqta.az rusiya mətbuatına istinadən xəbər verir ki, o, Tacikistana dövlət səfərinin tədbirlərində iştirak edəcək. Putin həmçinin növbəti Rusiya-Mərkəzi Asiya Sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulub.

Rusiya liderini beynəlxalq hava limanında Tacikistan Prezidenti Emoməli Rəhmon şəxsən qarşılayıb.

Müəllif: Ucnoqta.az redaksiyası