Gümüş fyuçersləri 2011-ci ilin aprelindən bu yana rekord həddi aşıb
Ucnoqta.az xəbər verir ki, Comex birjasının (Nyu-York Ticarət Birjasının bölməsi) məlumatına görə, gümüş fyuçersləri 2011-ci il aprelin 29-dan bəri ilk dəfə bir troya unsiyası üçün 49 dolları ötüb.
Məlumata görə, gümüşün qiyməti 2,91% artaraq 1 troya unsiyası üçün 49,04 dollara çatıb.
Oktyabrın 2-də Comex birjasında dekabr çatdırılması üzrə gümüş fyuçersləri 2011-ci ilin may ayından bəri ilk dəfə bir troy unsiyası üçün 48 dollardan yuxarı qalxmışdı.