Ucnoqta.az
www.ucnoqta.az

15 il əvvəl nəticəsiz işi təkrarlamağa çalışıb, adını “yenilik” qoymaq ...

16:25 - 8 Oktyabr 2025 tarixində dərc olunub.

Bu gün AYNA rəsmi xəbər yayıb, və bunu “yenilik” adlandırıb, başlıq: “Avtobusların nə vaxt gələcəyini əvvəlcədən biləcəyik – YENİLİK”. 
Xəbərdə o da deyilir ki, AYNA ictimai nəqliyyatda nağdsız ödənişin tədbiq olunmasına hazırlaşır. Daha bir sitat: “Bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək”. 

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesbında yazıb. İqtisadçı qeyd edir ki, AYNA-nın “yenilik” deyib sevinc göz yaşları tökdüyü məsələ, xatırladım ki, 2011-ci ildə tədbiq edilmişdi: 

"Xatırlıyırsınızsa, o zaman “Nəqliyyatın İntelektual İdarəetmə Sistemi” adlı qurum yarıdılmışdı, təxminən, 100 mln. manat, o zamankı məzənnə ilə 125 mln. dollardan çox vəsait xərclənmişdi. Həmin sistemin açılışı zamana qurum rəsmi məlumat yaymışdı, məğzi də o idi ki, Nəqliyyatın intellektual idarəetmə sistemi, yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksi olacaq. Dayanacaqlarda quraşdırılan monitorlar vətəndaşların zamana qənaət etməsinə imkan verəcək, nəqliyyat vəsitələrinin dayanacağa yaxınlaşma zamanını dəqiq göstərəcək. Bundan başqa, nəqliyyatda nəğdsiz ödənişlərin tədbiqinə start veriləcək". 

"Hə, bəs nə odu bu super intellektual sistemə, nə ilə yadda qaldı?! Deyim də, ən yadda qalan məsələ, bu sistemi quran, idarə edən məmurların varlanması, və bir də dayanacaqda -55 dərəcə şaxta olduğunu göstərən tablo oldu. Sonra nə həmin dayanacaqlar qaldı, nə də monitorlar, 125 mln. dollar da “intellektual” məmurlara (layihənin kuratoru Ziya Məmmədov idi) yem oldu" - Natiq Cəfərli bildirib. 

Mütəxəssisin sözlərinə görə, bu sistem necə “uğurlu” oldusa, AYNA da eyni “uğur” qazanacaq – çünki, o zaman da ictimayyəti, mütəxəssisləri dinləmədilər, indi də öz bildiklərini edirlər.
"15 il əvvəl nəticəsiz işi təkrarlamağa çalışıb, bunun adını “yenilik” qoymaq ayıbdır..." 

Müəllif: Ucnoqta.az redaksiyası