Ucnoqta.az
www.ucnoqta.az

Şərurun bəzi ərazilərində işıq olmayacaq

14:12 - 8 Oktyabr 2025 tarixində dərc olunub.

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən verilən məlumata görə, 35/10 kilovoltluq "Xanlıqlar" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Tənənəm" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

Bu səbəbdən oktyabrın 9-da saat 10:30-dan 12:30-dək Aşağı Daşarx, Xətai, Oğuz, Yeni Havuş, kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Müəllif: Ucnoqta.az redaksiyası