Ucnoqta.az
www.ucnoqta.az

Fransa - Azərbaycan oyununun hakimləri məlum olub

13:55 - 8 Oktyabr 2025 tarixində dərc olunub.

DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Fransa - Azərbaycan oyunun norveçli hakim idarə edəcək.

Ucnoqta.az xəbər verir ki, baş hakim Rohit Saqqi olacaq.

Ona Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək göstərəcək. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.

VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcək.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.

10 oktyabr

 

Fransa - Azərbaycan

“Park de Prens” stadionu. Saat 22:45

Baş hakim: Rohit Saqqi

Baş hakimin köməkçiləri: Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen

Dördüncü hakim: Daniel Higraff

VAR: Tom Harald Hagen

AVAR: Siqurd Krinqstad

(Hakimlər briqadası Norveçdəndir)

Müəllif: Ucnoqta.az redaksiyası