Ucnoqta.az
www.ucnoqta.az

Ronaldo milyarder olan ilk futbolçu oldu

12:08 - 8 Oktyabr 2025 tarixində dərc olunub.

Kriştiano Ronaldo milyarder olan ilk futbolçu olub.

Ucnoqta.az xəbər verir ki, Səudiyyə Ərəbistanının və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Bloomberg Milyarderlər İndeksinə əsasən, sərvəti 1,4 milyard dollara yüksələrək milyarder olan ilk futbolçu olub. 

Bloomberg-in məlumatına görə, iyun ayında 40 yaşlı hücumçu “Əl-Nasr”la 400 milyon dollar dəyərində yeni müqavilə imzalayıb.

Müəllif: Ucnoqta.az redaksiyası