Ucnoqta.az
www.ucnoqta.az

HƏMAS və İsrail girovların siyahısını mübadilə ediblər

11:48 - 8 Oktyabr 2025 tarixində dərc olunub.

Fələstinin Həmas hərəkatı və İsrail vasitəçilər vasitəsilə Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində azad edilməsi planlaşdırılan girov və məhbusların siyahılarını mübadilə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə HƏMAS-ın sözçüsü Taher əl-Nunu məlumat verib.

"Bu gün biz əvvəllər razılaşdırılmış meyarlara uyğun olaraq azad ediləcək girov və məhbusların siyahılarını mübadilə etdik", - o bildirib.

Əl-Nunu İsraillə paylaşılan siyahılarda fələstinli məhbusların "razılaşdırılmış sayda" olduğunu vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası