Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 9 ayında proqnozla müqayisədə 6 faiz və ya 342 mlilyon manat çox olmaqla, 5 milyard 889 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 331 milyon manat artaraq 4 milyard 663 milyon manat olub.
Yanvar-sentyabr aylarında DSMF-nin xərcləri 5 milyard 628 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 481 milyon manat çoxdur.