Ucnoqta.az
www.ucnoqta.az

Mbappe Azərbaycanla oyunda iştirak etməyə bilər

11:25 - 8 Oktyabr 2025 tarixində dərc olunub.

Fransa yığmasının kapitanı Kilian Mbappe La Liqa matçında topuğundan aldığı zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsinin vacib oyunlarını buraxa bilər.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə AS xəbər verir.

“Real Madrid”in forvardı Azərbaycan (10 oktyabr) və İslandiya (13 oktyabr) ilə keçirəcəkləri matçlar öncəsi ardıcıl ikinci gün milli komandasının məşqini buraxıb.

Futbolçu oktyabrın 5-də "Vilyarreal"la matçda zədə alıb və o, 81-ci dəqiqədə qol vurduqdan dərhal sonra topuğun burkulması diaqnozu ilə meydanı tərk etmək məcburiyyətində qalıb.

Müəllif: Ucnoqta.az redaksiyası