Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 15 yaşlı qız itkin düşüb

09:50 - 8 Oktyabr 2025 tarixində dərc olunub.

Paytaxtın Sabunçu rayonunda yeniyetmə qız itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, 23.08.2010-ci il təvəllüdlü Rəhimova Tamilla sentyabrın 6-sı saat 05:00-də evdən çıxıb bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu RPİ-nin 15-ci PB-də axtarış tədbirləri həyata keçirilir.

Müəllif: Ucnoqta.az redaksiyası