Ucnoqta.az
www.ucnoqta.az

“Tomaqavk” raketlərinin Kiyevə çatdırılması aylar çəkəcək

08:11 - 8 Oktyabr 2025 tarixində dərc olunub.

“Tomaqavk” qanadlı raketlərinin Ukraynaya çatdırılması, əgər Vaşinqton tərəfindən təsdiqlənərsə, bir neçə ay çəkə bilər. Həmçinin, Kiyev onlardan istifadə üçün icazəsiz qala bilər.

Ucnoqta.az xəbər verir ki, bu fikri çərşənbə axşamı Britaniyanın “The Telegraph” qəzeti bildirib.

Qəzet qeyd edir ki, Ukrayna bu raketlərin ötürüləcəyinə əmin deyil.

“The Telegraph” qəzetinin yazdığına görə, Ali Radanın Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Yeqor Çernev ABŞ prezidenti Donald Trampdan istənilən addımı gözləyir: raketlərin tədarükündən tam imtinadan tutmuş “Tomaqavklar”ın mərhələli şəkildə ötürülməsinə qədər.

Müəllif: Ucnoqta.az redaksiyası