Ucnoqta.az
www.ucnoqta.az

AYNA 45 milyon manata yolları rəngləyəcək

22:51 - 7 Oktyabr 2025 tarixində dərc olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində, magistral yollarda nişanlanma və xətlənmə işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, agentlik bununla bağlı "STP-Btech" şirkəti ilə iki nəhəng müqavilə bağlayıb.

Müqavilələrdən birinin maliyyə dəyəri 11 milyon 465 min manat, digərinin maliyyə dəyəri isə 33 milyon 549 min manat müəyyənləşib.

Beləliklə, AYNA respublika ərazisində - magistral yollarda nişanlanma və xətlənmə işlərinə 45 milyon manat xərcləyəcək.

Müəllif: Ucnoqta.az redaksiyası