Ucnoqta.az
www.ucnoqta.az

Kadırovun oğlu Çeçenistanda öz adına idman kompleksi açıb

22:14 - 7 Oktyabr 2025 tarixində dərc olunub.

Çeçenistan Respublikasının Nadtereçnı rayonunun Qvardeyskoye kəndində Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adam Kadırovun adına “Dustum” idman kompleksinin açılışı olub.

Ucnoqta.az xəbər verir ki. bələdiyyənin icra başçısı Həmzət Xasanov özünün Telegram kanalında açılış mərasiminin videosunu yayıb.

Videoda Çeçenistan liderinin köməkçisi və respublikanın Təhlükəsizlik Şurasının katibi olan 17 yaşlı Kadırovun kompleksin girişindəki lenti kəsdiyi görünür.

Mərasimdə UFC çempionu Xamzat Çimayev də iştirak edib.

Müəllif: Ucnoqta.az redaksiyası