İspaniyalı müdafiəçi Jordi Alba Böyük Futbol Liqası (MLS) mövsümü başa çatdıqdan sonra peşəkar futboldan ayrılacaq.
Ucnoqqta.az xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində məlumat yayıb.
"Təşəkkür edirəm, futbol", - Alba yazıb.
Albanın 36 yaşı var. O, karyerasının böyük hissəsini 2015-ci ildə Çempionlar Liqasının qalibi olduğu "Barselona"da keçirib.
İspaniya millisi ilə müdafiəçi Avropa çempionatı (2012) və Millətlər Liqasının (2023) qalibi olub. 2023-cü ildən "İnter Mayami"də çıxış edir.