Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

18:42 - 7 Oktyabr 2025 tarixində dərc olunub.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri oktyabrın 7-də başa çatıb.

Ucnoqta.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər yola salıblar.

Müəllif: Ucnoqta.az redaksiyası