Ucnoqta.az
www.ucnoqta.az

2 yaşlı körpənin əli ətçəkən maşında qaldı

17:01 - 7 Oktyabr 2025 tarixində dərc olunub.

Azyaşlının əli ətçəkən maşında qalıb.

“Qafqazinfo” xəbər verir ki, 2 yaşlı körpə Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Tibb müəssisəsində körpənin əli ətçəkən maşından çıxarılıb və ona zəruri tibbi yardım göstərilib.

27.08.2023-cü il təvəllüdlü körpəyə sağ əlin çoxsaylı əzilmiş, cırılmış yaraları diaqnozu təyin olunub və həkim-cərrahların peşəkarlığı, eyni zamanda çevik müdaxiləsi nəticəsində hər hansı ciddi xəsarət almadan xilas olunub.

Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Müəllif: Ucnoqta.az redaksiyası