Ucnoqta.az
www.ucnoqta.az

Bakıda dələduzluq edən şəxslər saxlanılıb

16:42 - 7 Oktyabr 2025 tarixində dərc olunub.

Bakının Nəsimi və Nizami rayonlarında dələduzluq edən şəxslər saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi və Nizami rayonları ərazisində naməlum şəxslər üç nəfər paytaxt sakinini aldadaraq ümumilikdə 28 min 350 manatlarını ələ keçirib.

Vətəndaşların polisə müraciətləri əsasında keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Yadullayev, 38 yaşlı R.Musayev və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı N.Vəliyeva müəyyən olunaraq saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası