Ucnoqta.az
www.ucnoqta.az

Salyanda ağır qəza - 6 yaralı

16:25 - 7 Oktyabr 2025 tarixində dərc olunub.

Salyanda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində, üçü azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası