Ucnoqta.az
www.ucnoqta.az

Konstitusiyanın 30 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək

16:17 - 7 Oktyabr 2025 tarixində dərc olunub.

Azərbaycan Konstitusiyasının 30 illiyi (1995-2025) ilə əlaqədar yubiley medalı təsis ediləcək.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Milli Məclisə müvafiq qanun layihəsi daxil olub.

Azərbaycan Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik layihəsi parlamentin oktyabrın 10-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Müəllif: Ucnoqta.az redaksiyası