Ucnoqta.az
www.ucnoqta.az

Füzuli məscidinin təməli qoyuldu

15:58 - 7 Oktyabr 2025 tarixində dərc olunub.

Füzuli məscidinin oktyabrın 7-də təməlqoyma mərasimi keçirilib.

Ucnoqta.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün iştirakçıları prosesi onlayn formatda müşahidə ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib:

"Əziz qardaşım, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında Qarabağa səfəri zamanı Füzulidə Türkmənistan tərəfindən məscidin tikintisini təklif edib. Biz bu hədiyyəyə görə qardaş Türkmənistana təşəkkür edirik".

Müəllif: Ucnoqta.az redaksiyası