Ucnoqta.az
www.ucnoqta.az

Airbus A320 mülki aviasiya tarixində ən çox istehsal edilən təyyarə olub

15:23 - 7 Oktyabr 2025 tarixində dərc olunub.

Airbus A320 Boeing 737-ni geridə qoyaraq mülki aviasiya tarixində ən çox istehsal edilən təyyarə olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi Cirium-un məlumatlarına istinadən məlumat yayıb. 1988-ci ildə istifadəyə verildiyi gündən indiyədək 12260 təyyarə tədarük edilib.
Belə ki, Airbus Amerikalı rəqibi "Boeing"i daha bir əlamətdar mərhələdə geridə qoyub. Avropa istehsalı olan A320, tarixdə ən çox satılan təyyarə oldu.

İstifadəyə başladığı gündən 12 260 ədəd A320 təyyarəsi satılıb. Rekord növbəti təyyarənin Səudiyyə Ərəbistanının Flynas şirkətinə təhvil verilməsi zamanı qeydə alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası