Ucnoqta.az
www.ucnoqta.az

Əmək müqavilələrinin sayı açıqlanıb

15:07 - 7 Oktyabr 2025 tarixində dərc olunub.

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 466 613vahid artaraq bu il oktyabrın 1-nə 1 milyon 868 min 528-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, bu illər ərzində qeyri-neft-qaz sektorunun özəl bölməsində həmin göstərici 471 286 vahid artaraq 1 milyon11 min 208 olub

"Ümumi əmək müqavilələrinin 54 %-dən çoxu qeyri-neft-qaz sektorunun özəl bölməsinin payına düşüb. Bu ilin 9 ayında qeyri-neft-qaz özəl sektorunda qeydə alınmış 28 min artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində müşahidə edilib. Əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatının post-neft dövrü üçün dayanıqlı və inklüziv inkişaf modelinə keçidini sürətləndirir, eyni zamanda, dövlətin əsas hədəfinin – qeyri-neft-qaz sektorunun özəl bölməsində dayanıqlı məşğulluğun və sosial rifahın yüksəldilməsinin uğurla həyata keçirildiyini nümayiş etdirir".

Müəllif: Ucnoqta.az redaksiyası