Ucnoqta.az
www.ucnoqta.az

Zahidə Günəş boşanmasının səbəbini açıqladı

13:20 - 7 Oktyabr 2025 tarixində dərc olunub.

Müğənni Zahidə Günəş ilk dəfə boşanması haqqında danışıb.

Ucnoqta.az xəbər verir ki, ifaçı verilişlərin birində xəyanətə görə ayrıldığını etiraf edib:

"Hər şey oldu, bitdi. Özümə söz vermişəm ki, o haqda heç vaxt danışmayacam. Yalan və xəyanət gördüyüm hər yerdən uzaqlaşıram. Hamısını unutmuşam. Mən yaxşı, dürüst insan olduğuma görə bəxtim gətirmədi. Mənim düşüncəmdə olan bir insanla heç vaxt rastlaşmamışam. Heç kəsə güvənməyən insan olsam belə, yanıldım".

Müəllif: Ucnoqta.az redaksiyası