Ucnoqta.az
www.ucnoqta.az

Tramp özünü 30 il əvvəl olduğundan daha yaxşı hiss etdiyini deyib.

08:17 - 7 Oktyabr 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp deyib ki, onun səhhəti indi 30 il əvvəlki ilə eynidir, hətta daha yaxşıdır.

Ucnoqta.az xəbər verir ki, 79 yaşlı Amerika lideri "Newsmax"a verdiyi müsahibədə aparıcının səhhəti ilə bağlı sualını cavablandırarkən deyib.
 "Düşünürəm ki, özümü yaxşı saxlayıram. Mən özümü 30 il əvvəl hiss etdiyim kimi, hətta daha yaxşı hiss edirəm. Özümü 30 və ya 40 il əvvəlkindən daha yaxşı hiss edirəm" - Ağ Ev rəhbəri qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası