Ucnoqta.az
www.ucnoqta.az

Takaiti partiyanın rəhbərliyini yeniləyib

06:38 - 7 Oktyabr 2025 tarixində dərc olunub.

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) oktyabrın 4-də seçilən yeni sədri Sanae Takaiti partiyanın rəhbərliyini yeniləyib.

Ucnoqta.az xəbər verir ki, Partiyanın İcraiyyə Şurasının iclasında təyinatlar açıqlanıb.

LDP daxilində qalan sonuncu nüfuzlu fraksiyanın lideri, keçmiş baş nazir Taro Aso sədr müavini təyin edilib.

Ehtimal olunur ki, Takaitinin seçkilərdə qalib gəlməsinə məhz onun dəstəyi səbəb olub. Asonun yaxın müttəfiqi, keçmiş maliyyə naziri Sunichi Suzuki LDP-nin baş katibi, faktiki olaraq partiyanın iki nömrəli adamı təyin edilib.

Haruko Arimura LDP İcraiyyə Şurasının sədri, Keyci Furuya isə partiyanın seçki komitəsinin rəhbəri təyin edilib. Digər əsas vəzifəni, partiyanın əsas siyasət şurasının rəhbərini Takaitinin seçki kampaniyasındakı rəqibi, keçmiş iqtisadi təhlükəsizlik naziri Takayuki Kobayaşi tutub.

Bu beş mövqe partiyanın liderlik nüvəsini təşkil edir.

Müəllif: Ucnoqta.az redaksiyası