Bakının Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisindən 9-cu mərtəbəsinə kimi şaxta boyunca telefon və internet kabeli yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.