Ucnoqta.az
www.ucnoqta.az

Ər boşanmaq istəyən arvadın boğazını kəsdi

21:29 - 6 Oktyabr 2025 tarixində dərc olunub.

Şəmkirdə qətl hadisəsi baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 40 yaşlı R. Hacıyeva ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə tərəflər arasında boşanmaq üstündə olub. Belə ki, qətlə yetirilən 40 yaşlı R. Hacıyeva həyatı yoldaşı 54 yaşlı A. Hacıyevdən boşanmaq istəyib. Bundan sonra tərəflər aralarında münaqişə yaranıb və 54 yaşlı kişi arvadının boğazını kəsərək onu qətlə yetirib.

Hadisədən sonra qətli törədən şəxsin özünə xəsarət yetirdiyi bildirilir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, 54 yaşlı rayon sakini Arif Hacıyev saxlanılıb.

Qeyd edək ki cütlüyün 3 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası