Ucnoqta.az
www.ucnoqta.az

Niderland Dünya Bankının Ukraynaya dəstək proqramlarına 55 milyon avro ayıracaq

19:29 - 6 Oktyabr 2025 tarixində dərc olunub.

Niderland Dünya Bankının Ukraynaya dəstək proqramlarına 55 milyon avro ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın baş naziri səlahiyyətlərini icra edən Dik Şof Zelenski ilə görüşdə bildirib.

Şofun sözlərinə görə, Niderland 2022-ci ildən bəri Ukraynaya dəstək üçün 20,6 milyard avro, o cümlədən 13,6 milyard avro hərbi yardım ayırıb.

Baş nazir həmçinin Ukrayna və Niderlandın pilotsuz təyyarələrin birgə istehsalına dair razılığa gəldiyini açıqlayıb. 

Müəllif: Ucnoqta.az redaksiyası