Ucnoqta.az
www.ucnoqta.az

Sədərəkdə işıq olmayacaq

17:57 - 6 Oktyabr 2025 tarixində dərc olunub.

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən verilən məlumata görə, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sədərək" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

Bu səbəbdən oktyabrın 7-də saat 15:00-dan 16:30-dək Sədərək kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Müəllif: Ucnoqta.az redaksiyası