Ucnoqta.az
www.ucnoqta.az

Xaricdə təhsil alan 9 nəfərin diplomu saxta çıxdı

16:59 - 6 Oktyabr 2025 tarixində dərc olunub.

"2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri tərəfimizdən aşkar olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilib".

Bu barədə Ucnoqta.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

"Təəssüflə qeyd edirik ki, son 5 ay ərzində 9 belə hal aşkarlanıb.

Bildiririk ki, bəzi şəxslər tərəfindən tanınma qərarlarının müxtəlif qeyri-rəsmi üsullarla dəyişdirilə biləcəyi ilə bağlı verilən vədlər həqiqətə uyğun deyil və bu cür hallara yol verilməsi qanunvericilikdə müəyyən olunmuş məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər. Bu baxımdan, vətəndaşlara yalnız qanunvericilikdə müəyyən olunmuş rəsmi prosedurlar çərçivəsində hərəkət etmələri tövsiyə olunur", - məlumatda qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası