Ucnoqta.az
www.ucnoqta.az

Ceki Çanın rol aldığı yeni film Qazaxıstanda çəkiləcək

16:49 - 6 Oktyabr 2025 tarixində dərc olunub.

Çinli aktyor Ceki Çanın Almatıya səfəri müştərək layihə çərçivəsində Qazaxıstanda çəkiləcək “Tanrının zirehləri” franşizasının dördüncü hissəsi üzərində işlə bağlı olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstanın Salem Entertainment video istehsalat studiyası məlumat yayıb.

"Biz rəsmi olaraq Ceki Çanın Almatıya yüksək profilli səfərinin təfərrüatlarını açıqlayırıq. Bu, "Tanrının zirehləri: Ultimatum" adlı kult franşizasında yeni film üzərində işlərlə bağlıdır.
Milyonlarla tamaşaçı tərəfindən rəğbət qazanmış əfsanəvi dastanın dördüncü hissəsi Qazaxıstanda çəkiləcək”, - studiyanın İnstaqram hesabında deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası