Ucnoqta.az
www.ucnoqta.az

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

16:46 - 6 Oktyabr 2025 tarixində dərc olunub.

7 oktyabr saat 08:00-dan 9 oktyabr saat 24:00-dək  Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılacaq.
 
Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Müəllif: Ucnoqta.az redaksiyası