Ucnoqta.az
www.ucnoqta.az

Makron hökumətin istefasından sonra sahil boyu təkbaşına gəzdi

16:27 - 6 Oktyabr 2025 tarixində dərc olunub.

Fransa prezidenti Emmanuel Makron yeni təyin olunmuş hökumət istefa verdiyini elan etdikdən bir neçə saat sonra Parisdə sahil boyu təkbaşına gəzərkən görüntülənib.

Ucnoqta.az xəbər verir ki, prezidentin gəzintisinin görüntüləri BFMTV-də yayımlanıb.
Gəzintinin yeri dəqiqləşdirilməyib, lakin dərc olunmuş kadrlara əsasən, Fransa liderinin paytaxtın mərkəzindəki İle de la Site meydanının yaxınlığında çəkildiyi ehtimal edilir. Onu bir neçə mühafizəçi müşayiət edib.

Makronun cib telefonu ilə danışdığı görünür.

Müəllif: Ucnoqta.az redaksiyası