Ucnoqta.az
www.ucnoqta.az

171 Sumud donanma fəalı İsraildən deportasiya edilib

16:23 - 6 Oktyabr 2025 tarixində dərc olunub.

Oktyabrın 6-da İsveç hüquq müdafiəçisi Qreta Tunberq də daxil olmaqla Sumud flotiliyasının 171 fəalı İsraildən Yunanıstan və Slovakiyaya deportasiya edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Həmas Sumud donanmasının 171 fəalı, o cümlədən Qreta Tunberq bu gün İsraildən Yunanıstan və Slovakiyaya deportasiya edilib. Deportasiya edilənlər Yunanıstan, İtaliya, Fransa, İrlandiya, İsveç, Polşa, Almaniya, Bolqarıstan, Litva, Avstriya, Lüksemburq, Litva, Avstriya, Lüksemburq, Slovakiya, Slovakiya, Danimarka, Slovakiya, Slovakiya, Serbiya, ABŞ və Yunanıstan vətəndaşlarıdır”, - açıqlamada deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası