Ucnoqta.az
www.ucnoqta.az

Müğənni məktəbli avtobuslarının qiymətindən narazıdır

17:49 - 6 Oktyabr 2025 tarixində dərc olunub.

Müğənni Xuraman Şuşalı məktəblilər üçün təşkil olunan avtobusların aylıq ödənişinin yüksək olmasından narazılığını bildirib.

Ucnoqta.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, 240 manatlıq abunə haqqının çox olduğunu deyərək avtobusların pulsuz olmasını təklif edib:

“Pulsuz olsa, çox az adam uşağını şəxsi maşını ilə məktəbə aparmaz. Tıxaclar da azalar”.

Qeyd edək ki, Bakıda “Məktəbli avtobusları” layihəsinin icrasına başlanılıb. Pilot mərhələdə 11 məktəb (8 dövlət, 3 özəl) bu sistemə qoşulub. Layihənin məqsədi şagirdlərin rahat və təhlükəsiz daşınmasını təmin etməkdir.

Abunə haqqı məsafəyə və məktəbə görə dəyişir, qiymətlər 100 manatdan başlayaraq 240 manata qədər yüksəlir. Bu, sosial şəbəkələrdə bir çox valideynlərin də narazılığına səbəb olub.

Təhsil mütəxəssisləri bildirirlər ki, layihə ilkin mərhələdə özəl şirkətlər tərəfindən həyata keçirilir və gələcəkdə qiymətlərin tənzimlənməsi, həmçinin dövlət subsidiyasının tətbiqi nəzərdən keçirilə bilər.

Müəllif: Ucnoqta.az redaksiyası