Ucnoqta.az
www.ucnoqta.az

İndoneziyada məktəbin uçması nəticəsində ölənlərin sayı 54-ə çatıb

13:57 - 6 Oktyabr 2025 tarixində dərc olunub.

İndoneziyanın Şərqi Yava əyalətinin Sidoarco şəhərində İslam məktəbinin uçması nəticəsində ölənlərin sayı 54-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə xilasetmə xidmətlərinə istinadən Antara xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, xilasedicilər axtarışları davam etdirir.

“Jakarta Globe” qəzetinin istinad etdiyi son məlumatlara görə, dağıntılar altından 104 nəfər xilas edilib, onlardan 97-si artıq tibb müəssisələrində müalicə olunub. Sağ qalanlardan birinin tibbi yardıma ehtiyacı olmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası