Oktyabrın 7-də ad günündə Vladmiri Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iş gündəmini müzakirə etmək üçün görüş keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Dmitri Peskov deyib. Peskov qeyd edib ki, bundan başqa, onun sözlərinə görə, prezidentin artıq həmin tarixə planlaşdırılan çoxsaylı beynəlxalq telefon danışıqları var.
Peskov əlavə edib ki, dövlət başçısının işdən əlavə, çox güman ki, ad günü üçün şəxsi planları var.