Ucnoqta.az
www.ucnoqta.az

Küçədə yıxılan 45 yaşlı kişi 5 gün sonra xəstəxanada ölüb

10:46 - 6 Oktyabr 2025 tarixində dərc olunub.

Bakıda küçədə yıxılan 45 yaşlı kişi beş gün sonra ölüb.

Ucnoqta.az xəbər veri ki, hadisə oktyabrın 1-də Xocalı prospektində baş verib.

1980-ci il təvəllüdlü Aleksandr Jurov küçədə yıxılıb. O, xəstəxanaya yerləşdirilib və 5 gün sonra orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası