Bakıda sürücülük təlimi zamanı qeydə alınan məsuliyyətsiz davranış sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, 77-NJ-831 dövlət nömrə nişanlı "KIA" markalı avtomobildə sürücülük təlimi aparan müəllim inanılmaz hərəkət edib.
Belə ki, o, dərs zamanı avtomobilin kapotunun üzərinə çıxaraq orada əyləşib. Bu anlarda sükan arxasındakı öyrənci avtomobili hərəkətə gətirərək parklanma manevrini yerinə yetirib.
Digər görüntülərdə isə həmin təlimçinin avtomobili yolun ikinci cərgəsində saxlayaraq hərəkət zolağını zəbt etdiyi əks olunub.
Mütəxəssislər bildirir ki, bu cür davranışlar həm təlimçi, həm də öyrənci üçün ciddi təhlükə yaradır. Sürücülük dərslərində təhlükəsizlik qaydalarına riayət etmək və təlimçinin məsuliyyətli davranması peşəkar öyrədilmənin əsas şərtlərindəndir.
///avtosfer