Ucnoqta.az
www.ucnoqta.az

Tramp 400 əsgəri ştatlara göndərir

07:17 - 6 Oktyabr 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp 400 Milli Qvardiya əsgərinin Texasdan digər ştatlara göndərilməsi barədə göstəriş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İllinoys ştatının qubernatoru C.Robert Pritsker X-də yazıb.

"Bu axşam Prezident Tramp Texas Milli Qvardiyasının 400 əsgərinin İllinoys, Oreqon və ABŞ-ın digər yerlərində yerləşdirilməsinə göstəriş verdi" - deyə X-də yazıb.

Müəllif: Ucnoqta.az redaksiyası