Ucnoqta.az
www.ucnoqta.az

Məşhur müğənninin İstanbuldakı konserti ləğv edildi

19:17 - 4 Oktyabr 2025 tarixində dərc olunub.

Dünya şöhrətli britaniyalı müğənni Robbi Uilyamsın İstanbulda oktyabrın 7-nə planlaşdırılan konserti təhlükəsizlik səbəbilə təxirə salınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatçılara istinadən Tele1 telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Uilyamsın Türkiyə metropolisindəki ilk konsertinin ləğv edilməsinə bir neçə ictimai təşkilatın onun İsrailyönlü bəyanatları, Təl-Əvivdəki çıxışı və yerli sosial şəbəkələrdə musiqiçini “sionist” adlandıran şərhləri ilə bağlı çağırışlar səbəb olub.

Tele1 xatırladır ki, Uilyamsın həyat yoldaşı, türk əsilli amerikalı aktrisa Ayda Fildin anası yəhudidir.

Müəllif: Ucnoqta.az redaksiyası